Modern.az

Türkiyə Beynəlxalq Valyuta Fondunun kreditlərindən imtina edir

Türkiyə Beynəlxalq Valyuta Fondunun kreditlərindən imtina edir

Dünya

7 Oktyabr 2018, 20:18

Türkiyə Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərindən imtina edir. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında çıxışı zamanı bildirib.

 

Türkiyə prezidenti qeyd edib ki, ölkəsi BVF-nin kreditlər səhifəsini bağlayıb və bir daha onu açmayaq.

 

Türkiyə prezidenti bu bəyanatı son zamanlar Vaşinqtonla münasibətlərin, eləcə də 2016-cı ildə Ankara tərəfindən saxlanılan amerikalı keşiş Endryu Bransona görə gərginləşməsi fonunda edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok