Modern.az

ABŞ Şimali Koreyaya “yaşıl işıq” yandırdı

ABŞ Şimali Koreyaya “yaşıl işıq” yandırdı

Dünya

8 Oktyabr 2018, 10:14

Çin və ABŞ arasında ticarət müharibəsi fonunda ABŞ Dövlət katibi Mayk Pompeo “Twitter” hesabında iki ölkə arasındakı əlaqələr toxunub.

 

Modern.az xəbər verir ki, Pompeo Çinlə Şimali Koreya sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

“ABŞ və Çin üçün Şimali Koreyanın nüvə silahlarından tam təmizlənməsi və sanksiyalara əməl edilməsi üçün birgə əməkdaşlığı çox vacibdir” – ABŞ Dövlət katibi yazıb.

 

O, bu məqsədlə Çinə səfəri zamanı Çin XİN rəhbəri Van İ və Çinin Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici işlər üzrə dəftərxana rəhbəri Yan Tzeçi ilə görüşəcəyini də bildirib.

 

Qeyd edək ki. bundan əvvəl ABŞ Dövlət katibi Mayk Pompeo Şimali Koreya lideri Kim Çen In ilə görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir