Modern.az

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı

Aktual

15 Noyabr 2018, 17:24

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də “Qusar rayonunun Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

Modern.az  xəbər verir ki, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir