2019-cu ildə daha 5 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Bunu Modern.az-a açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.
E.Niftəliyev qeyd edib ki, mərkəzlər Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakəndə açılacaq:
“Bununla da "ASAN xidmət” mərkəzlərinin sayı 20-ə çatdırılacaq və respublikanı əhatə etmiş olacaq".
Şöbə müdiri qeyd edib ki, "ASAN" xidmət mərkəzləri olmayan bölgələrdə səyyar “Asan xidməti fəaliyyət göstərir:
"Bu günədək səyyar “Asan xidmət”lərə 1 milyon 500 mindən artıq vətəndaş müraciət edib. Ümumilikdə isə "ASAN xidmət”ə müraciət edən vətəndaşların sayı 25 milyonu keçib".