Yaponiya polisi Reanult-Nissan-Mitsubishi avtomobil alyansının prezidenti Karlos Qonanı həbs edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yokoqama şəhərində avtomobil nəhənginin baş ofisinə gələn müstəntiqlər bir neçə saat ərzində onu sorğu-sual ediblər.
Onun şirkətin nümayəndəsi Qreq Kelli ilə birlikdə Tokio Fond Birjasında şirkətin gəlirlərini qəsdən az göstərdiyi və şirkətin səhmlərindən öz məqsədləri üçün istifadə etdikləri üzə çıxıb.