Modern.az

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb

20 Noyabr 2018, 21:42

Şəki rayonunda zibil daşıyan maşın 84 yaşlı qadını vuraraq öldürüb. Modern.az “Report”a istinadən xəbər verir ki, şəhərin Yaqub Süleymanov küçəsi, ev 14 ünvanında yaşayan 1934-cü il təvəllüdlü Təyarə Abdulla qızı Hüseynovanı avtomobil vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq T.Hüseynova ilkin müayinədən sonra övladlarının təkidi ilə xəstəxanadan evə aparılarkən yolda ölüb.

 

Faktla bağlı Şəki şəhər rayon Polis şöbəsində araşdırma aparılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir