Modern.az

Güney Azərbaycanda 12 alpinist itkin düşdü

Güney Azərbaycanda 12 alpinist itkin düşdü

Dünya

25 Noyabr 2018, 22:52

İranın Esalim və Xalxal dağlıq ərazisində 12 alpinist itkin düşüb. Modern.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Əməliyyatlar İdarəsinin sədr müavini Şahin Fethi deyib.

 

O bildirib ki, alpinistlərin itkin düşdüyü ərazidə şiddətli qar yağıntısı müşahidə edilir.

 

Fəthi 4 axtarış-xilasetmə qrupunun və yerli əhalinin iştirakı ilə bölgədə axtarışların başlanıldığını vurğulayıb.

 

Qeyd edək ki, sözügedən dağlıq ərazi Ərdəbil və Gilan ostanları arasında yerləşir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir