Modern.az

İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI

İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI

Mədəni̇yyət

10 Dekabr 2018, 17:24

Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Xalq artisti”

 

Əliyeva Lətifə Cahandar qızı

Novruzova Nübar Qulu qızı

 

“Əməkdar artist”

 

Abdullayeva Mehriban Abdulla qızı

Əsədov İlham Əsəd oğlu

Hüseynov Elnur Bəhrəmxan oğlu

Şərifova Güşvər Fətulla qızı

 

“Əməkdar mədəniyyət işçisi”

 

Rəhimli Rafiq Səfər oğlu.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir