Modern.az

ABŞ Səudiyyə vəliəhdini Kaşıkçının qətlində ittiham etdi - RƏSMİ

ABŞ Səudiyyə vəliəhdini Kaşıkçının qətlində ittiham etdi - RƏSMİ

14 Dekabr 2018, 12:30

ABŞ senatorları Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Ben Salmanın jurnalist Camal Kaşıkçının ölümündə birbaşa məsuliyyət daşıdığını bildirən qətnamə qəbul ediblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sənəd ABŞ Senatının rəsmi saytında yerləşdirilib.

 

“Səudiyyə hakmiyyətinin jurnalistin ölümü ilə bağlı yalan açıqlamaları Vaşinqtonla Ər-Riyad arasında dostluğa zərbə vurur. Səudiyyə Ərəbistanı hakimiyyətini Kaşıkçının qatillərini taparaq, cəzalandırmağa çağırırıq”- deyə açıqlamada deyilir.

 

Xatırladaq ki, “Washington Post” qəzetinin əməkdaşı Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olmuş və bir daha oradan çıxmamışdı. Jurnalistin öldürülərək cəsədinin gizli yerdə dəfn olunduğu ehtimalı var.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi