Rusiya Hava Kosmik Qüvvələrinin Tu-22M3 strateji nüvə bombardmançısı Murmansk vilayətində qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, məlumatı güc struktrlarındakı mənbələrə istinadən TASS yayıb.
Mənbə bildirib ki, insident bu gün yanvarın 22-də Moskva vaxtı ilə 13.40-da baş verib. Təyyarə Olenoqrskdakı strateji aviasiya polkunun aerodromuna enərkən qəzaya uğrayıb.
Dörd heyət üzvündən komandir və şturman sağ qalıb. Qalanlarının taleyi haqda məlumat verilmir.