“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq amma bu o demək deyil ki, biz müharibəyə hazır deyilik”.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə parlamentdə çıxışı zamanı baş nazir Nikol Paşinyan deyib.
Bu barədə sualı ona “Çiçəklənən Ermənistan “ partiyasının katibi Arman Abovyan verib.
“Bu gün regionda sülh atmosferi yoxdur. Əgər bir ölkə öz xalqını sülhə hazırlamırsa, digər ölkələrdə öz xalqlarını sülhə hazırlamayacaq. Biz situasiyaya uyğun addım atacayıq”.