Modern.az

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib

Aktual

25 Mart 2019, 21:25

“BMT-nin Qolan yüksəkliklərinin statusu üzrə mövqeyi dəyişməz olaraq qalır”. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Cüjarrik bildirib.

 

"Baş katib üçün aydırndır ki, Qolan yüksəkliklərinin statusu dayişmədi. BMT-nin Qolan yüksəklikləri üzrə mövqeyi Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində əks etdirilib", - deyə S.Cüjarrik vurğulayıb.

 

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar çərçivəsində İsrailin Qolan yüksəklikləri üzərində suverenliyinin tanınması barədə sənəd imzalayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir