Modern.az

Fəhlə işlədiyi zavodda qətlə yetirildi

Fəhlə işlədiyi zavodda qətlə yetirildi

Aktual

24 Aprel 2019, 22:12

Sumqayıtda qətl hadisəsi törədilib.

Modern.az ”Report”a istinadən xəbər verir ki, hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir