Modern.az

Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri – Yeni SORĞU

Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri – Yeni SORĞU

Dünya

26 Aprel 2019, 12:44

Dünyanin ən xoşbəxt ölkələri Paraqvay və Panama seçilib. Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın “Gallup” tədqiqat şirkətinin dünyanın 143 ölkəsində keçirdiyi sorğudan məlum olub.

Hər iki ölkə xoşbəxtlik indeksində 85 pozitivlik balı alıb. Panama və Paraqvaydan sonra sıyahıya Meksika və Qvatemala (84 bal), El-Salvador (83 bal) qərarlaşıb.

 

Dünyadakı ən bədbəxt ölkə isə Afrikada yerləşən Çad seçilib. Cəmi 54 ballıq xoşbəxtlik əmsalı olan ölkənin ardınca, Niger və Syerra Leone qərarlaşıb.  

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir