“Real Madrid”ın kapitanı Serxio Ramos YUNİSEF-in xeyriyyə kampaniyasında iştirak edib.
Modern.az-ın xəbərinə görə, o, özünün rəsmi İnstagram səhifəsəndə belə bir paylaşım edib:
“Vaksinlər hər il 2-3 milyon insanın həyatını xilas edir. Bu paylaşıma görə hər bir layk üçün Qeyts Fondu YUNİFES-ə 1 dollar yardım ayıracaq”. Hazırkı vəziyyətdə paylaşım 1 milyon 500 mindən çox bəyənmə sayı qazanıb.
Beləliklə, Bill və Melinda Qeytsin Xeyriyyə Fondu BMT-nin Uşaq Fonduna 1,5 milyon dollar yardım edəcək.
Qeyd edək ki, bu, Ramosun iştirakı ilə ilk xeyriyyə aksiyası deyil. O, 2014-cü ildən YUNİSEF-in xoşməramlı elçisi kimi bir sıra tədbirlərdə iştirak edib.
Novruz NOVRUZLU