Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin həyat yoldaşı qalmaqalla üzləşib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yelena Zelenskaya Krımda bazar dəyəri 790,6 min dollar olan mülkü 163,8 min dollar alıb.
Həmin malikanənin eks-deputat Aleksandr Buryak tərəfindən Yelena Zelenskayaya satıldığı məlumdur.
Fakt prezident ailəsinin gəlir və mülk bəyannaməsinin açıqlanmasından sonra üzə çıxıb.