Modern.az

Jurnalist motosikletdən yıxılıb öldü - VİDEO

Jurnalist motosikletdən yıxılıb öldü - VİDEO

Dünya

9 May 2019, 21:55

Tanınmış jurnalist, “Danışır Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko dünyasını dəyişib.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, paytaxt Moskvada motosikletlə hərəkət edən jurnalist qəflətən yıxılıb.

 

“Exo Moskva”nın baş redaktoru Aleksey Venediktovun sözlərinə görə, Dorenko özünü pis hiss etdiyi üçün idarəetməni itirib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

59 yaşlı jurnalistin qəza, yoxsa səhhətində yaranmış problemdən öldüyü hələ ki məlum deyil.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!