Təqaüddə olan polis polkovniki, eks deputat professor Cahangir Hüseyn Əfşarın "Ömürdən anlar Xidməti və Siyasi fəaliyyətlərim", “Azərbaycan Nadir Əfşar dövləti”, "Fikir və Düşüncələrim" 1-ci hissə, "Fikir və fərziyyələrim" 2-ci hissə kitablarının təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, Yazıçılar Birliyinin Natəvan Klubunda keçirilən təqdimat mərasimində Yazıçılar Birliyinin üzvləri, Milli Məclisin deputatları, məşhur elm və sənət adamları, hüquqşünaslar iştirak edib
Tədbirdə çıxış edən kitabın müəllifi bildirib ki, o, hüquqşünas olsa da, Azərbaycan tarixinin araşdırması ilə bağlı qarşısına məqsəd qoyub.
Müəllif bildirib ki, qeyd olunan kitabların yazılması üçün çoxlu araşdırmaların aparılmasına ehtiyac var idi: "Araşdırmaların aparılması məqsədilə İranda, Təbrizdə, İstanbulda, Bursada, Ankarada, Tiflisdə, Moskvada, o cümlədən, Vatikan arxivlərində araşdırmalar aparıb".
Tədbirdə çıxış edən akademik, Milli Məclisin deputatı Nazimi Cəfərov deyib ki, yazılan kitablar böyük önəmə sahibdir.
“Cahangir Hüseyn Əfşar hüquqşünas olsa da, Azərbaycan tarixinin araşdırması ilə bağlı qarşısına məqsəd qoyub”.