Modern.az

İsraildən İranın nüvə sınağının sonrakı günü üçün SIYASI PROQNOZLAR

İsraildən İranın nüvə sınağının sonrakı günü üçün SIYASI PROQNOZLAR

Ölkə

11 Yanvar 2012, 13:12

İngilis “Times” qəzeti Təl-Əvivdəki Milli Təhlükəsizlik İşləri İnstitutu adlı araşdırma mərkəzinin keçən həftə reallaşdırdığı bir simulyasiya işini xəbər verib.  Qeyd olunur ki, İsraildə bir araşdırma mərkəzi İranın nüvə silahı əldə etməsiylə dəyişəcək tarazlığı təxmin edib. Bildirilir ki, simulyasiya oyununda İsrailin NATO-ya qatılacağı, Türkiyənin də təşkilatı tərk edəcəyi gözlənilir.

İranın nüvə proqramına qarşı əsgəri əməliyyata ABŞ-ı razı sala bilməyən İsrail gələcəkdə nüvə silahına sahib olacaq Tehran rəhbərliyinə qarşı bütün ehtimalları düşünərək hazırlanır. Keçmiş səfirlərin, kəşfiyyat səlahiyyətlilərinin və keçmiş yüksək rütbəli hərbçilərin qatıldığı bir iclasda “İranın nüvə silahına sahib olduğunu bəyan etdiyi günün ertəsi”nə hazırlıq görülür.

Ssenariyə görə İsrail gözlənilənin əksinə olaraq İrana dərhal əsgəri qüvvə yeritməyəcək, gözləmə mövqeyi tutacaq. Milli Təhlükəsizlik Şurasının keçmiş başçısı, iki keçmiş baş nazirlik səlahiyyətlisi, bir keçmiş səfir və əsgəri kəşfiyyatdan olan vəzifəlilərin iştirakıyla beyin fırtınası şəklində keçən toplantıda bildirilib ki, “2013-cü ilin yanvar ayında İranın nüvə sınağı keçirməsi” Orta Şərqdəki bütün güc tarazlıqlarını dəyişdirəcək.

Mövcud beynəlxalq siyasi durumu nəzərə alan İsrail səlahiyyətləri aşağıdakı addımları proqnozlaşdırıblar:

- Rusiya-ABŞ müqaviləsi bağlanacaq

- ABŞ İsrailə əsgəri gücdən istifadə mövzusunda maneə törədəcək və İsrailin NATO-ya qatılmasını ehtiva edən bir razılaşma təklif edəcək.

- Rusiya Orta Şərqdə nüvə silahlanmasını dayandırmaq üçün ABŞ-la müdafiə sazişi imzalayacaq.

- ABŞ-ın verdiyi zəmanətlərlə təmin olmayan Səudiyyə Ərəbistanı öz nüvə silah proqramını inkişaf etdirəcək.

- Misir  İrana qarşı əsgəri müdaxilə üçün təzqiy göstərəcək, ancaq Türkiyə böyük ehtimalla Tahrana qarşı güc nümayişindən qaçacaq. Əgər İsrail NATO üzvü olsa, Türkiyə NATO-dan çıxacaq.

- Avropa Birliyi əsgəri müdaxiləyə qarşı olacaq və İrana istiqamətli sanksiyaların möhkəmləşdirilməsini istəyəcək.

- Çin İrana istiqamətli BMT sanksiyalarına daxil olacaq, ancaq bunları yumşaldacaq.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü