Modern.az

Təhsil Şöbəsinin sabiq müdirinin cinayət işi məhkəməyə göndərildi

Təhsil Şöbəsinin sabiq müdirinin cinayət işi məhkəməyə göndərildi

Aktual

20 May 2019, 18:39

Mənimsədə təqsirləndirilən Balakən rayon Təhsil Şöbəsinin keçmiş rəhbəri Mahir Dibirov və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Modern.az ONA-ya istinadən xəbər verir ki, cinayət işi materialları araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşad Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 4-nə təyin edilib.

 

Qeyd edək ki, iş üzrə M. Dibirovdan başqa 12 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlar təhsil şöbəsinə məxsus əmlakı mənimsəməkdə təqsirləndirilirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda hoteldə faciə - İKİ NƏFƏR ÖL*Ü