Modern.az

Ordumuzun təlimləri - səhra şəraitində təminat məntəqələri yaradıldı - VİDEO

Ordumuzun təlimləri - səhra şəraitində təminat məntəqələri yaradıldı - VİDEO

Aktual

22 May 2019, 13:53

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində poliqonlarda səhra şəraitində yaradılan təminat məntəqələrində fəaliyyətlər davam edir.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, müxtəlif məntəqələrdə döyüşə hazırlıq və döyüş əməliyyatları zamanı şəxsi heyətin ideoloji və mənəvi-psixoloji hazırlığı həyata keçirilir, onlara psixoloji yardım göstərilir, o cümlədən hərbi qulluqçulara beynəlxalq humanitar hüquq mövzusunda ilkin biliklər verilir.

Fəaliyyət göstərən səhra tibb məntəqəsində təcili və davamlı tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi, təxliyə və digər tibbi tədbirlər praktiki icra olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir