Artıq hər kəsə məlumdur ki, “Eurovision-2012” yarışması paytaxtımız Bakı şəhərində keçiriləcək. Deməli Bakı bu il “Eurovision” paytaxtı olmaqla bərabər bütün dünyanın diqqəti özünə cəlb edəcək. Hökumət tərəfindən “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili ilə bağlı komitə yaradılıb və dövlət səviyyəsində müəyyən işlər aparılır. Bu məqsədlə Bakı şəhərində musiqi yarışmasının yüksək standartlara uyğun təşkili və bütün dünyada Azərbaycanının təbliği üçün dövlət tərəfindən böyük yenidənqurma və bərpa işləri görülməkdədir. Bununla bərabər hökumətin müxtəlif strukturları kompleks layihələr həyata keçirməkdədirlər. İctimai təhlükəsizliyin qorunmasına cavabdeh olan polis işçiləri ingilis dili kurslarına cəlb olunublar. Həmçinin əhalinin yüksək keyfiyyətli internetlə təmin olunması məqsədilə bir sıra layihələr həyata keçilir və s. Bəs gəlin baxaq təkcə dövlətin gördüyü işlər “Eurovision” günlərinin istənilən səviyyədə təşkili üçün kifayət edəcəkmi? İctimai mühit, cəmiyyət buna nə dərəcədə hazırdı?
Qeyd etmək lazımdır ki, kifayət qədər mötəbər, dünya səviyyəli musiqi yarışmasına ölkəmizin ev sahibliyi etməsi Azərbaycan üçün ictimai, siyasi, mədəni cəhətdən böyük əhəmiyyət kəsb edir. Dövlətin etdiyi işlələr yanaşı musuqi yarışmasının daha effektiv təşkili və beynəlxalq aləmdə Azərbaycanın müsbət imici üçün ictimai dəstəyi olması ən vacib amillərdən biridir. Bu baxımdan cəmiyyəti, ictimai mühiti hazırlmaq üçün vətəndaş cəmiyyətinin əsas strukturlarından olan qeyri-hökumət təşkilatları da bu fəaliyyətdə daha yaxından iştirak etməildirlər və onların üzərinə böyük məsuliyyət, yük düşür. Ona görə ki, bu möhtəşəm tədbiri layiqincə həyata keçirmək və Azərbaycanın bütün müsbət tərəflərini üzə çıxarmaq , bu xüsusiyyətləri təbliğ etmək hər bir vətəndaşın borcudur. Bu məqsədlə dövlət və digər ictimai inistutlarla bərabər QHT-lərin də müəyyən təşəbbüslərdə bulunmasına və ciddi layihlər icra etməsinə böyük ehiyac duyulur.
Tədqirəlayiq haldır ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası elan etdiyi son müsabiqədə “Eurovision-2012” musiqi yarışması ilə bağlı QHT-lərin təşəbbüslərini və layihələrini həyata keçirmək üçün xüsusi istiqamət ayırılıb. Məlumat üçün bildirmək istərdim ki, Şura dekabrın 9-da 2012-ci il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqədə 4-cü istiqaməti olan “Eurovision- 2012” mahnı müsabiqəsilə bağlı keçirilən tədbirlərə ictimai dəstək – 10 min, ümumi fond 80 min manat məbləğındədir. Onu da qeyd etmək yerinə düşərdi ki, buna qədər də Şuranın dəstəyi ilə bir neçə QHT tərəfindən göstərilən istiqamətdə bir neçə layihə həyata keçrilib. Bu məqsədlə icra olunana layihlərin zamanı Eurovision-2012” öncəsi mövcud olan problemlər təhli olumuş və bununla bağlı araşdırma yazıları çap olunmuş, mütəxəsislərlə müsahibələr hazırlanmış, paytaxtımızın ictimai- mənəvi mühitinin əsas cəhətlər qeyd olumuş və bir sıra maarifləndirici çağırışlar edilmişdir. Əhali qrupları üçün hazırlanmış maarifləndirici, təbliğat vasitələrində ictimai – mədəni davranış qaydaları nəzərə çatdırılmışdır.
Amma bu gün hər birimizi narahat edən ictmai,mədəni davranış qaydalarında problemlərin mövcudluğu - bəzi vətəndaşlar tərəfindən ictimai yerlərdə,küçə və parklarda məişət tullantılarının təyin olunmayan yerlərə atılması, sərnişin nəqliyyatlarında təmizliyə riayət olunmaması ,eyni zamanda sərnişinlərin, sürücülərin davranış qaydalarına əməl etməmələri, küçələrdə çoxsaylı dilənçilərin olması ölkəmizi imici üçün mənfi xüsusiyyətlər kimi diqqəti cəlb edir . Düşünürik ki,bu gün göstərilən problemlərin həll olunmaması və “Eurovision 2012” günlərində də özünü biruzə verməsi ölkəmizə gələcək minlərlə xarici qonağın, icimaiyyət nümayəndələrinin Azərbaycanla bağlı təsəvvürlərində mənfi təssurat oyada bilər. Onu da qeyd etməliyəm ki, sözsüz ki,müsabiqənin gedişi zamanı Azərbaycana düşmən münasibətdə olan xarici media nümayəndələri daha çox mənfi məqamların işıqlandırılmasına çalışaqalar. Buna görə də göstərilən problemlər qısa zamanda öz həlli tapmalıdır. Əlbəttə aidiyyatı qurumları və vətəndaş cəmiyyətini birgə səyi ilə.
Artıq Şura rəsmilərinin bildirdiyinə görə də 2012-ci il üçün I qrant müsabiqəsinin ötən ilin dekabrın 30-da başa çatıb və “Eurovision-2012” ilə bağlı xeyli təkliflər alıblar. Lakin yenə də, müsabiqədənkənar şəkildə təklifləri dəyərləndirməyə hazır olduqlarını bildirirlər. Verilən informasiyalardan aydın olur ki, Şuraya təqdim olunan layihə və təkilflər daha çox əhalinin ictimai maarifləndirilməsi, ictimai davranış qaydalarının təkmilləşdirilməsi, sürücülərin və digər ictimai xidmət sahəsində çalışanların məlumatlandırılması, vətəndaş mədəniyyətinin inkişafı, təmizlik psixologiyasının formalaşması, eləcə də milli suvenirlərin hazırlanması və s mövzularındadır. Bundan başqa QHT-lər xarici qonaqlarla iş aparılması istiqamətində müəyyən fəaliyyət proqramları da hazırlamalıdır.
Amma bu gün QHT-lərin “Eurovision 2012” bağlı fəaliyyətlərində çatışmayan məqamlar da hiss olunmaqdaır. Gəlin baxaq, QHT-lər əvvəlki illərdə digər ölkələrdə keçrilən bu musiqi yarışmasında həmin ölkələrin QHT-lərinin yarışma öncəsi fəaliyyətini, təcrübəsini nə dərəcdə öyrənib araşdırıb, təhlil edib və bizim cəmiyyətə çatdırıblar? Fikrimizcə, QHT-lər bu istiqamətə ciddi fikir verməlidir. Daha bir məsələ QHT-lərlə biznes qurumları, özəl sektor arasında və əməkdaşlığı sayəsində “Eurovision 2012” bağlı birgə layihələrin icrası ola bilər. Əlbəttə bu məsələdə QHT-lərlə bərabər özəl sektorun da üzərinə böyük məsuliyyət düşür. QHT-lər müəyyən təşəbbüs və layihələrlə biznes qurumları qarşısında çıxış etməli, layihələrinin dəstək qazanmasına çalışmalıdırlar.Eyni zamanda biznes qurumları da QHT-lərin təşəbbüslərini dəyərləndirməli, uğurlu sayıla biləcək layihəyə dəstək verməlidirlər. Bu kampaniyanı yüksək səviyyədə, ölkəmizə layiq, dünyaya müsbət mənada səs sala biləcək səviyyədə keçrilməsi üçün özəl sektorun QHT-lərin təkilflərini da dəstəkləyəcəyinə ümid edirik. Üçüncü bir məqam da QHT-lərin “Eurovision 2012” bağlı layihələrinin icrası zamanı mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq KİV-in, sosial şəbəkələrin imkanlarından maksimum şəkildə istifadə etməsidir. Bu məqsədlə QHT-lər hər bir fəaliyyətləri haqqında KİV-ə məlumat verməli və keçrilən layihənin haqqında cəmiyyətə yüksək səviyyədə informasiya çatdırmağı bacarmalıdırlar.
Sonda qeyd etmək lazımdır ki, bütün bunlar “Eurovision 2012” yarışmasının daha effektiv həyata keçirilməsi və yüksək səviyyədə təşkil üçün vacib amillər hesab olunmalıdır. Əvvəla həmin günlər Azərbaycan bütün dünyanın diqqət mərkəzində olacaq. Eyni zamanda musqi yarışmasının gedişini izləmək üçün ölkəmizə gələcək minlərlə xarici qonaqığın təsəvvüründə Azərbaycan haqqında, onun tarixi, maddi və mənəvi mədəniyyəti, şəhərimizin müasir gözəlliyini, möhtəşəmliyi haqqında müsbət hisslər yaradacaq . Və ümid edirik ki, həm dövlət, həm biznes qurumları və QHT-lər, eyni zamanda digər ictimai inistutlar tərəfindən icra olunacaq layihələr zamanı hər bir tərəf üzərinə düşən öz məsuliyyətini dərk edərək müsabiqənin möhtəşəm keçiriləcəyinə çalışacaq. Əlbəttə qeyd olunan bütün məsələrin həlli paytaxtımızın qarşıdakı “Eurovision 2012” günlərində hər bir kəsin yaddaşında müsbət mənada təssürat oyadacağına əmin ola bilərik.