Modern.az

Bakıda beynəlxalq təşkilatın iclası keçirilir

Bakıda beynəlxalq təşkilatın iclası keçirilir

Aktual

20 İyun 2019, 11:30

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası keçirilir.

Modern.az xəbər verir ki, sessiyanın gündəliyinə qurumun iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir.

Toplantıda üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, beynəlxalq qurumların təmsilçiləri, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qrupları iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok