Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimində jurnalistlərə açıqlama verib.
Modern.az saytının məlumatına görə, Anar Şirməmməd Hüseynovun vəfatından kədərləndiyini bildirib.
“Şirməmməd Hüseynov mənim uşaqlıq dostum idi. Onun ölümünə kədərlənirəm”-deyə Anar qeyd edib.
Nəzrin Rüstəmova