Çin lideri Xi Jinping və ABŞ prezidenti Donald Trampın Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşü baş tutub.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, liderlər ticarət müzakirələrini davam etdirməyə qərar veriblər.
1 saat 20 dəqiqə davam edən görüşün nəticəsi olaraq Çin və Amerika tərəfləri ticarət məsələləri üzrə bərabərlik və qarşılıqlı hörmət əsasında məsləhətləşmələr aparmağa razılıq veriblər.