Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.
Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Xatirə Ağamalıyeva xəstəxanaya sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok diaqnozu ilə yerləşdirilmişdi.
Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.
Hadisə zamanı 19 nəfər xəsarət alıb.