Modern.az

Bakıda evdə kişi ilə qadının meyiti tapıldı

Bakıda evdə kişi ilə qadının meyiti tapıldı

19 İyul 2019, 16:36

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu haqda nazirlikdən Modern.az-a verilən məlumatda bildirilib.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira Tələt qızının və 1955-ci il təvəllüdlü Məmmədov Aydın Nizami oğlunun meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir