Modern.az

Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi

Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi

Aktual

19 İyul 2019, 21:46

Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib.

Onların "Yeganə" şadlıq sarayında istifadə edilmiş tüstü yayan pirotexniki vasitədən zəhərləndiyi deyilir.

Qeyd edək ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir