Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib.
Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, xilasetmə əməliyyatı nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-2 və Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində aparılıb.