Modern.az

Əli Həsənovdan məcburi köçkünlərlə bağlı yeni açıqlama

Əli Həsənovdan məcburi köçkünlərlə bağlı yeni açıqlama

Ölkə

7 Fevral 2012, 14:17

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2012-ci ildə görəcəyi işlər açıqlanıb.

Modern.az xəbər verir ki, komitə sədri Əli Həsənov prezident İlham Əliyevin taprışırığı ilə məcburi köçkünlər üçün tikiləcək qəsəbələrin sayının iki dəfə artıralacağını bildirib. Onun sözlərinə görə bunun üçün 9 rayonda tikinti işləri aparılacaq.

Artıq bu işlərə başlanıldığını deyən komitə sədri qeyd edib ki, Şəkidə 423 fərdi evdən ibarət qəsəbələrin tikintisi aparılır.

“Mingəçevirdə 502 mənzildən ibarət 9-10 mərtəbəli binanın tikintisi davam etdirilir. İsmayıllıda 45 mənzildən ibarət kiçik qəsəbə Belarus inşaatçıları tərəfindən inşa ediləcək. Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 1410 mənzildən ibarət 20 ədəd 5 mərətəbli bina inşa ediləcək. Abşeron rayonu Masazır qəsəbəsində 5 mərtəbəli binaların tikintisinə başlanılacaq. Xocavənd rayonundan məcburi köçkün düşənlər üçün 320 fərdi evdən ibarət şəhərcik Beyləqan rayonunda tikiləcək. İmişlidəki fin qəsəbələrinin köçürülməsi üçün 350 fərdi evdən ibarət qəsəbə tikiləcək. Qəbələdə iki ədəd 155 mənzildən ibarət 5 mərtəbəli bina tikiləcək”.

Əli Həsənov ümumilikdə 3610 mənzildən ibarət qəsəsəbələrdə 17 minə qədər məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılacağını vurğulayıb.

O eyni zamanda fərdi evlərdə məskunlaşan məcburi köçkünlərin də köçrülməsi prosesinə başlanıldığını qeyd edib. Bildirib ki, bu günə qədər 400-ə qədər fərdi mənzildən məcburi köçkün çıxarılıb.

“Avropa Məhkəməsinin də bununla bağlı qərarı da var ki, bu qərar da icra olunur. Tikinti prosesi davam etdikcə yataqxanalarda olan məcburi köçkünlərin də köçürülməsi prosesi başlanılacaq. Gələn ilə isə çox böyük həcmli işlər aparılacaq. Bu il və gələn il Bakı şəhərindəki məcburi köçkünlərin əksər hissəsi köçürüləcək”.

Komitənin Abşeron rayonu Qobu qəsəbəsində 200 hektar torpaq götürdüyünü deyən Əli Həsənov orada çox böyük şəhərciyin salanacağını vurğulayıb.

O eyni zamanda 2011-ci ildə görülən işlərlə bağlı hesabatın hazırlandığını və müzakirələrdən sonra mətbuata da veriləcəyini bildirib.

Mail AĞAXANOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü