Avqustun 19-da Gürcüstan və Azərbaycan Respublikasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.
Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər:
“Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış kecirilməsi planlaşdırıldı. 19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar”.