Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Modern.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” da meydana çıxacaq.
Komandamız Şimali İrlandiyada yerli “Llinfild”lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
22 avqust
Avropa Liqası
Pley-offun llk oyunları
22:45."Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Dandro Şener (Usveçrə)
"Vindsor Park". Belfast