Modern.az

Azərbaycanlı “qanuni oğru” Moskvada tutulub

Azərbaycanlı “qanuni oğru” Moskvada tutulub

Ölkə

13 Fevral 2012, 11:30

Arif Mehdiyev Rusiya paytaxtına saxta Azərbaycan pasportu ilə gedibmiş

2009-cu ildə məhkəmənin qərarı ilə Rusiya ərazisindən çıxarılan azərbaycanlı “qanuni oğru” Arif Mehdiyev Moskvada yaxalanıb. Modern.az saytı Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, saxlanılan zaman 50 yaşlı “qanuni oğru” saxta Azərbaycan pasportu təqdim edib. Bundan başqa, onun üzərindən 1,23 qram heroin götürülüb. Qanunsuz narkotik maddə saxlamaq və daşıdığına görəcinayət işi qaldırılıb.

Mənbələrin verdiyi məlumata görə, Mehdiyev Arif  “Sumqaitski” ləqəbi ilə tanınır. Güman olunur ki, o, son vaxtlar Moskvada mənzillərdən oğurluq edən, adamları oğurlayan və narkotika alveri ilə məşğul olan azərbaycanlılardan ibarət quldur dəstəsinə rəhbərlik edib.

Mehdiyev Varşava şossesindəki restoranlardan birinin qarşısında saxlanılıb. Hüquq-mühafizə orqanlarıbnın ehtimalına görə, Mehdiyev restorana başqa kriminal avtoritetlərlə görüşmək üçün gəlibmiş.

Arif Mehdiyev Rusiyadan Tula vilayətindəki Şekino məhkəməsinin qərarı ilə çıxarılıb və ona 5 il bu ölkə ərazisinə gəlmək qadağası qoyulub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü