Bu gün şiə müsəlmanları Aşura gününü qeyd edir. Məhərrəm ayının 10-cu gününə təsadüf edən Aşurada insanlar Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyni və onun tərəfdarlarının Kərbəla çölündə öldürülməsinə görə matəm saxlayırlar.
Azərbaycanda şiələr bu günü şəhər məscidlərinə toplaşaraq yas saxlayır, “Ya Hüseyn” sədaları altında göz yaşlarına boğulurlar. Modern.az-ın fotoqrafı Təzəpir məscidinə gedərək Aşura mərasimi öz fotoaparatının obyektivinə alıb.
Həmin fotoları təqdim edirik.