Modern.az

Məşhur türkiyəli futbolçuya hökm OXUNDU

Məşhur türkiyəli futbolçuya hökm OXUNDU

11 Sentyabr 2019, 15:48

“İstanbul Başakşehir” klubunun və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turana hökm oxunub.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmə futbolçu haqda 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib. Futbolçunun buna qədər məhkumluğu olmadığı üçün cəzası şərti xarakter daşıyacaq.

 

Xatırladaq ki, hadisəyə səbəb ötən ilin oktyabrında Arda Turanın İstanbulun gecə klublarından birində dava salması olub. Tapança ilə ətrafa atəş açan futlbolçu müğənni Berkay Şahinin həyat yoldaşına sataşmışdı. Müğənni ilə davası düşən zaman isə futbolçu opponentinin burnunu qırmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir