“Təhsil Nazirliyi oktyabrın 1-ə qədər “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisin Elm və təhsil komitəsinə təqdim edəcək”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli deyib. Komitə sədri bildirib ki, 30 səhifəlik “Ali təhsil haqqında” qanun layihəsi hazırlanıb:
“Komitə və Təhsil Nazirliyinin qanun layihəsi birləşdiriləcək. Ümid edirəm ki, oktyabrın ilk ongünlüyündə “Ali təhsil haqqında” qanun layihəsini komitədə müzakirəyə çıxaracağıq”.