Rouen şəhərindəki kimya fabrikində gecə başlayan yanğın hələ də söndürülməyib. Ətrafdakı məktəblərdə yanğın səbəbiylə tətil elan olunub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın şimal-qərbindəki Rouen şəhərində yerli vaxtla saat 2:40-da “Lubrizol” şirkətinə məxsus kimya fabrikində yanğın başlayıb.
Yanğın zamanı ölüm halının olmadığı bildirilir. Yanğınsöndürmə işlərinə 130 yanğınsöndürən cəlb edilib.