Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piketə başlayıb.
Bu barədə Modern.az-a Şuranın üzvü Vahid Məhərrəmli məlumat verib. O bildirib ki, hazırda İcra Hakimyyətinin qarşısından “Sabir” Bağına və Prezident Administrasiyasına doğru insanlar yığışıb:
“Minlərlə Bakı sakini, rayonlardan gələnlər bu aksiyanı müşahidə etmək, qoşulmaq istəyirlər. Piketin özündə isə 50 nəfər nəzərdə tutulub”.
Vahid Məhərrəmli əlavə edib ki, polis aksiyaya nəzarət edir, hətta müdaxilələr olur:
“Piket iştirakçıları Bakı Şəhər İcra Hakimiyyətinin ətrafına buraxılmır”.