Modern.az

Vladimir Zelenski sabah press-marafona başlayır

Vladimir Zelenski sabah press-marafona başlayır

Aktual

9 Oktyabr 2019, 18:54

Oktyabrın 10-da Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə press-marafon keçiriləcək və o, gün boyu jurnalistlərin suallarına cavab verəcək.

 

 Modern.az xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, press-marafon yerli vaxtla saat 10:00-da başlayacaq.

KİV nümayəndələri, həmçinin “Kyiv Food Market” ərazisində təşkil olunan mətbuat mərkəzində işləyə biləcəklər. Orada tədbirin canlı yayımını izləmək imkanı yaradılacaq.

 

Press-marafon, eyni zamanda, prezident ofisinin sosial şəbəkələrdəki səhifələrindən də birbaşa yayımlanacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir