Ötən gün şərqşünas alim, böyük ziyalı, "Qurani-Kərim"in Azərbaycan dilinə tərcüməçisi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişdi.
Modern.az xəbər verir ki, bu gün akademik torpağa tapşırılıb.
O, Bakı Dövlət Universitetində keçirilən vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn olunub.
Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1964-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. O 20 kitbarın, 600-dən çox elmi məqalənin müəllifidir.
Modern.az məhrum akademikin həyat yoluna işıq salan videoçarxı təqdim edir.