Modern.az

Dəmirəlin 1967-ci il Bakı səfərindən tarixi kadr - VİDEO

Dəmirəlin 1967-ci il Bakı səfərindən tarixi kadr - VİDEO

Aktual

5 Noyabr 2019, 22:45

1967-ci ildə o vaxt Türkiyənin Baş naziri olan Süleyman Dəmirəl Bakıya gələrkən onu qarşılayanlar arasında Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri general Heydər Əliyev də olub.

Modern.az  yerli mediaya istinadən xəbər verir ki, bu tarixi səfərin görüntülərini rejissor Füzuli Sabiroğlu paylaşıb.

Həmin dönəm üzdən o qədər də tanınmayan, bu tanınmamağından istifadə edərək, Azərbaycanın birinci katibi olarkən Bakıda şəxsən reydlər keçirən və özünün dediyi kimi, “Mixaylo şəhərdədir!” sensasiyasının yaranmasına səbəb olan Heydər Əliyev yalnız bir kadrda bir anlıq görünür.

Heydər Əliyevin Süleyman Dəmirəllə dostluq əlaqələrinin yaranmasının da bu dönəmdən başladığı ehtimal olunur.

Baş nazir Süleyman Dəmirəlin Bakı səfərinin görüntülərini təqdim edirik:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir