Modern.az

BMU-da “Art of our soul” adlı rəsm sərgisi

BMU-da “Art of our soul” adlı rəsm sərgisi

Aktual

12 Noyabr 2019, 15:50

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının 3-cü kurs tələbələrinin hazırladığı “Art of our soul” adlı rəsm sərgisi keçirilib.

 

Modern.az xəbər verir ki, sərginin təşkilində əsas məqsəd yaradıcı tələbələrin cəmiyyətə təqdim olunması, gələcək ibtidai sinif müəllimlərinə rəsm çəkmə və sərgi keçirmə üsullarının öyrədilməsidir.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın rəhbərliyi ilə təşkil olunan sərgidə universitetin müəllim və tələbə heyəti iştirak edib.

 

Kağız üzərində quaş ilə boyanan fərqli sənət əsərləri sərgiyə xüsusi rəng qatıb.

 

Qeyd edək ki, sərgidə 20-yə yaxın müxtəlif kompozisiyalarda çəkilmiş rəsmlər nümayiş olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…