Modern.az

“Real”dan “PSJ”-yə Mbappe üçün fantastik transfer TƏKLİFİ

“Real”dan “PSJ”-yə Mbappe üçün fantastik transfer TƏKLİFİ

Aktual

13 Noyabr 2019, 12:44

İspaniya nəhəngi “Real” Fransanın “PSJ” klubunun və Fransa yığma komandasının hücumçusu Kilian Mbappeni transfer etmək niyyətindədir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu üçün 400 milyon avro məbləğində rekord pul təklif olunacaq.

 

Transferin 2020-ci ilin yayında reallaşması gözlənilir. Əvəzində “PSJ” “Real”ın hücumçusu Vinisius Junioru tərkibinə qatmaq istəyir. Bu vaxta qədər ən bahalı transfer rekordu 2017-ci ilin yayında “Barselona”dan PSJ”yə keçən braziliyalı Neymar olub. Onun keçidi üçün fransızlar 222 milyon avro ödəyiblər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir