Ermənistan parlamentinin deputatları Bakıya səfər edə bilər.
Modern.az Ermənistanın “Qrapark” qəzetinə istinadən xəbər verir ki, iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərlərindən sonra, bu dəfə gündəmdə qarşılıqlı deputat səfərləri var.
“Barışığa hazırlıq prosesi çərçivəsində iki ölkə deputatlarının qarşılıqlı səfərləri müzakirə olunur”-deyə “Qrapark” qəzeti yazır.
Artıq səfərlə bağlı ilkin müzakirələr aparılıb. “Qrapark” qeyd edir ki, rəsmi Bakı yeganə olaraq “Çiçəklənən Ermənistan” partiyasından deputat Nairi Zoqrabyanın səfərinə veto qoyub.