Ermənistan Təhlükəsizlik Xidməti ölkədən İtaliyaya uşaqların qanunsuz aparılaraq övladlığa verilməsi faktı barədə məlumat yaymışdı.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmin erməni uşaqlardan birini məşhur italiyalı hakim Pyerluici Kollinanın övladlığa götürdüyü vurğulanır.
Məlumata görə 2016-2018-ci illərdə Ermənistandan 30-dan çox uşaq qanunsuz yolla İtaliyaya aparılaraq övladlığa verilib. Faktla bağlı araşdırma gedir.
Xatırladaq ki, Pyerluici Kollina 2016-cı ildə hakimlik karyerasına son verərək UEFA-nın Hakimlik Komitəsinin sədri olmuşdu.