Modern.az

Pakistanda güclü qardan ölənlərin sayı 100-ə çatdı

Pakistanda güclü qardan ölənlərin sayı 100-ə çatdı

Aktual

15 Yanvar 2020, 20:02

Pakistanda güclü qar və uçqunlar nəticəsində ölənlərin sayı 100-ə çatıb.

Modern.az  xəbər verir ki, ölənlər əsasən Azad Kəşmir və Bəlucistandan olan şəxslərdir.


Qeyd edək ki, bu əyalətlərdə insanların təbii fəlakət zonalarından xilas olunması və onlara kömək göstərilməsi işləri davam edir. Pakistanın təbii fəlakət zonalarında təxminən 200 ev yararsız hala düşüb. Bu zonalarda ümumilikdə 2000 çadırdan ibarət şəhərciklər qurulub. Zərər çəkənlərə ərzaq, adyal, isti paltarlar verilir.

Bəlucistan əyalətinin yeddi dairəsində fövqəladə vəziyyət elan olunub, orada da zərər çəkənlərə yardımlar edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok