Modern.az

Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir - FOTO

Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir - FOTO

Aktual

21 Yanvar 2020, 14:47

92 saylı Zərdab seçki dairəsindən deputatlığa namizəd  Jalə Əliyeva seçicilərlə dünən və bu gün görüşlərini davam etdirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Jalə Əliyeva Zərdab rayonunun Salahlı və Çallı kəndlərində seçicilərin görüşünə gedib. Xanım deputatlığa namizəd kənd camaatının evlərində qonağı olub.

 

Həm çay masası arxasında, həm də ayaqüstü söhbətlərdə bu günə qədər ölkədə və rayonda görülən işlərə nəzər salıb. Təbliğat başlayandan bəri keçirtdiyi bütün görüşlərdə və həmçinin bu iki görüşdə olduğu kimi seçicilərin səmimiyyəti və mehribanlığı Jalə Əliyevada böyük  ruh yüksəkliyi yaradıb.

 

Sonda deputatlığa namizəd hər bir seçicisinə sonsuz minnətdarlığını bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir