Modern.az

Nazirlik: ““Aqrolizinq”də qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir”

Nazirlik: ““Aqrolizinq”də qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir”

18 Fevral 2020, 12:16

““Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. “Aqrolizinq”də həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib”.

 

Bunu Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Maliyyə Nazirliyinin açıladığı hesabata münasibət bildirərkən deyib.

 

V.Hüüseynov  bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir:

 

“Aqrolizinq ASC” 2019-ci ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok