Modern.az

Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var

Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var

19 Fevral 2020, 11:28

Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı 100 nəfəri ötüb.

 

Qafqaz Müsəlmanları İdarəsindən Modern.az-a məlumat verilib ki, zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər.

 

Bildirib ki, bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

 

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.

 

Keçən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir