Modern.az

Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar VERİLDİ

Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar VERİLDİ

Aktual

24 Fevral 2020, 19:41

Mərkəzi Seçki Komissiyasında 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə daxil olan müraciətlər müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, müraciət haqqında MSK üzvü Tofiq Həsənov məlumat verib.

 

O qeyd edib ki, araşdırma zamanı müraciət etmiş deputatlığa namizəd Zakir İsmayılın müraciətinin əsassız olduğu aydınlaşıb.

 

MSK üzvünün təklifi, MSK-nın ekspert qrupunun rəyi ilə şikayət təmin edilməyib.

 

Qeyd edək ki, həmin dairədən qalib namizəd Ziyad Səmədzadədir.

 

Onu da qeyd edək ki, komissiyanın bundan öncəki iclaslarında 23 saylı seçki dairəsi üzrə 4 məntəqənin nəticələri etibarsız sayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir